Medianews.az
Twitter investorları İlon Maskı məhkəməyə verir
33 baxış

Twitter investorları İlon Maskı məhkəməyə verir

Twitter investorları şirkət üçün verdiyi 44 milyard dollarlıq təklifdəki pozuntulara görə Elon Maskı və sosial media platformasını məhkəməyə veriblər. Medianews.az xarici mediaya istinadən xəbər verir ki, iddia Kaliforniyanın korporativ qanunlarının müxtəlif pozuntularını  əhatə edir. Elon Musk "yalan bəyanatları və bazar manipulyasiyası ilə Twitter-in San-Fransiskodakı baş qərargahında "xaos" yaratmaqda" ittiham olunur. Twitter səhmləri Maskın təklif etdiyi 54,20 dollar qiymətindən təxminən 27 faiz aşağıdır. İddiada həmçinin qeyd olunub ki, Mask Twitter-dəki əhəmiyyətli payını və şirkətin idarə heyətinin üzvü olmaq planını açıqlamağı gecikdirməklə maddi fayda əldə edib. Medianews.az  

Bizə qoşulun