Medianews.az
“Tikinti materialları bazarında ajeotaj yaşanır”
1,082 baxış

“Tikinti materialları bazarında ajeotaj yaşanır”

“Bu gün Ukrayna və Rusiya müharibəsi hər iki ölkənin iqtisadiyyatına mənfi təsir göstərdiyi kimi bu ölkələrlə iqtisadi asılılığı olan qonşu ölkələrin də iqtisadiyyatına mənfi təsir göstərəcək”. Bu sözləri əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Medianews.az saytına açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, material gəlişində problem yaranarsa və Azərbaycan bu materialları alternativ ölkədən alarsa, qiymətlərdə bir neçə dəfə artım müşahidə oluna bilər. “Çünki alternativ ölkələr Asiya ölkələridir və oradan bura məsafə, digər xərclər hesablandıqda materialın Azərbaycana çatma qiyməti maya dəyərindən 2-3 dəfə baha başa gəlir. Bu baxımdan tikinti materiallarının bahalaşması Azərbaycanda əmlak bazarına mənfi təsir göstərəcək. Hətta bir müddət tikinti şirkətləri, fərdi həyət evlərini tikən şəxslər də gözləmə mövqeyində olacaqlar ki, bazarda stabillik yaransın”. Ekspertin sözlərinə görə, Qarabağda yenidənqurma işlərinin aparılması üçün Azərbaycanın daha çox tikinti materiallarına ehtiyacı var. “Biz nəzərə almalıyıq ki, Azərbaycan 28 il düşmən işğalında olan torpaqlarını 2020-ci ildə azad edib və həmin torpaqlar Azərbaycan ərazisinn 20 faizdən artığını təşkil edir. Həmin ərazilərdə isə yaşayış, infrastruktur yenidən qurulmalıdır. Bu səbəbdən Azərbaycanın tikinti materiallarına daha çox ehtiyacı var. Çünki həmin ərazilər yenidən tikilməli, qurulmalıdır. Bu tikintilər başladıqdan sonra isə qiymət artımı tikintinin maya dəyərini artırmaqla bərabər, ölkənin büdcəsinə də mənfi təsir göstərəcək”. Ekspert qeyd edib ki, hazırda tikinti materialları bazarında ajeortaj yaşanır. Çünki məhsulların gəlişində problem yaşanır. “Ukraynadan gələn materiallar tamamilə dayandırılıb. Rusiya isə hazırda məhsul satmaqda maraqlı deyil. Çünki dolların qiymətinin bahalaşması və rublun düşməsinə görə istehsal sahələrinin rəhbərləri də ucuz qiymətə satıb zərər etməkdənsə, gözləmə mövqeyi tutublar. Bu proses nə qədər çox uzansa, gözləntilərimiz də uzanacaq. Ümid edək ki, iki ölkə arasında baş verən müharibə tez zamanda bitər, Azərbaycan və digər ölkələr də iqtisadi köçüşlərdən daha tez qurtula billərlər”. Leyla Medianews.az

Bizə qoşulun