Medianews.az
Azərbaycanlı cəmiyyət sədri Ukraynada mühasirəyə düşüb
363 baxış

Azərbaycanlı cəmiyyət sədri Ukraynada mühasirəyə düşüb

  Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresinin Mariupol üzrə sədri Afaq Həmidova və daha bir neçə azərbaycanlı Mariupolda mühasirəyə düşüb. Onlarla son 5 gündə əlaqə itmişdi, sağ qalıb-qalmamaları ilə bağlı məlumat mövcud deyildi. "Report"un Şərqi Avropa bürosu Afaq Həmidova ilə bugün əlaqə yarada bilib. O qeyd edib ki, sağ-salamatdırlar, şəhəri tərk etmək üçün yaşıl dəhlizi gözləyirlər. “Mariupolda demək olar ki cəhənnəm yaşanır, bütün infrastruktur məhv edilib, şəhər blokadadır, artilleriya atəşi isə davam edir”, - A. Həmidova bildirib.

Bizə qoşulun