Azərbaycana səfər edən Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda məşhur otellərdən birində gecələyib.
Gecə saatlarında otelə gələn Ərdoğan maraqlı mənzərə ilə qarşılaşıb. Belə ki, onu otelin girişində rəngarəng güllərlə bəzədilən və üzərində Azərbaycan-Türkiyə bayraqları olan gül çələngi ilə qarşılayıblar.
Gül çələnginin üzərinə isə “Hörmətli Prezidentimiz, Xoş Gəldin” mesajı qeyd olunub.
Anspress.com