Medianews.az
Sabiq Tiflis merinin həbsi Gürcüstanı qarışdırdı – Video
319 baxış

Sabiq Tiflis merinin həbsi Gürcüstanı qarışdırdı – Video

1404510090967891_1404550320 Dünən axşam saatlarında sabiq Tiflis meri Qiqi Uqulavaya qarşı məhkəmədə çıxarılan həbs qərarı Gürcüstanda şok effekti yaradıb. Aktual.az-ın Gürcüstan mediasına istinadən xəbərinə görə, məhkəmə qərarından dərhal sonra polislə Gürcüstanın Milli Hərəkat Partiyasının üzvləri arasında əlbəyaxa dava düşüb. 

Qeyd edək ki, qarşıdurmalar nəticəsində Gürcüstanın İtaliyadakı sabiq səfiri Konstantin Qabaişvili, Milli Hərəkat Partiyasının üzvü Levan Bejiaşvili və daha üç müxalifətçi saxlanılıb. Diqqətə çatdıraq ki, Qiqi Uqulava mer işlədiyi dövrdə dövlət vəsaitini mənimsəməkdə və seçkilər zamanı Marneulidə baş vermiş insindentə görə təqsirli bilinib.
Həmin vaxt o, təmsil etdiyi partiyadan olan azərbaycanlı namizəd Əhməd İmamquliyevin namizədliyinin ləğvinə etirazını bildirmişdi, Marneuli küçələrində böyük gərginlik yaşanmışdı.

Bu arada ölkənin baş naziri İraklı Qaribaşvili məsələyə münasibətini açıqlayıb və bildirib ki, Uqulavanın həbsi məhkəmə sisteminin müstəqilliyinin və hüququn aliliyinin göstəricsidir.

Bizə qoşulun