Medianews.az
Avropa çempionatının ikinci günü:
93 baxış

Avropa çempionatının ikinci günü: Hidayət Heydərov tatamiyə çıxır

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatının ikinci günündə daha bir cüdoçumuz mübarizəyə qoşulacaq.

Medianews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu gün Azərbaycanın son olimpiya çempionu, 73 kiloqram çəki dərəcəsində çıxış edən Hidayət Heydərov tatami üzərinə çıxacaq.

İdmançımız 1/16 final mərhələsi çərçivəsində Yunanıstan təmsilçisi Konstantinos Tsaparas ilə üz-üzə gələcək.

Xatırladaq ki, çempionatın ilk günündə yarışa qatılan 7 cüdoçumuzdan ikisi - 60 kiloqram çəkidə çıxış edən Əhməd Yusifov və 66 kiloqram çəkidə Turan Bayramov ölkəmizin aktivinə bürünc medallar yazdırıblar.

-73 kq, 1/16 final

Hidayət Heydərov - Konstantinos Tsaparas

Təsnifat mərhələsi - 10:00

Final bloku - 16:00

Bizə qoşulun