Krım Tatarlarının lideri Mustafa Cəmilev Azərbaycan, Türkiyə və Kazaxstan Prezidentlərinə müraciət edib. Müraciətdə deyilir:
“Bizim xalqımız öz yurdlarından artıq bir dəfə qovulub. Biz bu faciəni təkrar yaşamaq istəmirik. Ona görə də biz kömək üçün Azərbaycan, Türkiyə və Kazaxstan Prezidentlərinə müraciət edirik. Krımlı qardaş və bacılarınızı bu çətin anda yalnız qoymayın. Rusiyanın tərkibində bizi yenə də represiyalar və təqiblər gözlədiyini bilirik. Krım tatarları heç vaxt Rusiya tərkibində yaşamayacaqlar. Biz öz hüquqlarımız uğrunda bütün mümkün vasitələrnən mübarizə aparacağıq”
Mustafa Cəmilev
Krım Tatarlarının lideri,
Krım Tatarları Məclisinin sabiq sədri,
Ukrayna Xalq Deputatı
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.