Medianews.az
 Qənirə Paşayeva: “Meyitlərdən orqan götürülməlidir”
722 baxış

Qənirə Paşayeva: “Meyitlərdən orqan götürülməlidir”

images_1 qenire cixis df  
Millət vəkili Qənirə  Paşayeva parlamentin yaz sessiyasının ilk iclasında Azərbaycanda beyin ölümü keçirən insanlardan orqan alınması məsələsini qaldırıb. Modern.az saytının xəbərinə görə, o, deyib ki, Azərbaycanda bununla bağlı gözəl bir qanun qəbul edilsə də, tətbiq olunmur: “Böyrək, qaraciyər köçürülməsinə ehtiyacı olan xəstələr ölkəmizdə əməliyyat olunur. Amma onlar üçün yalnız sağlam insanlardan orqan götürülür. Mütləq xəstənin yaxınlarından biri öz orqanını verir. Bu da o deməkdir ki, sağlam insanların səhhəti  təhlükə altına alınır. Hazırda dünyanın bütün inkişaf etmiş ölkələrində ölən insanlardan orqan götürülməsi sistemi inkişaf edib”.
Qənirə Paşayeva  bildirib ki, hazırda Azərbaycanda, ümumiyyətlə, beyin ölümünün konkret təyin mexanizmi də bəlli deyil. Millət vəkili bu vacib məsələnin qısa müddətdə həll olunmasını, qanunun işə salınaraq  insanların səhhətinin qorunmasına yönəldilməsini istəyib.

Bizə qoşulun