Medianews.az
Oğlan anaları toyda bu mahnını səsləndirəcək
387 baxış

Oğlan anaları toyda bu mahnını səsləndirəcək

Müğənni Xatun “Oğlum” adlı yeni mahnısını təqdim edib. 

sənətçi mərhum ifaçı Barış Mançonun repertuarında olan bəstəni yeni aranjimanda hazırlayıb.

Xatunun sözlərinə görə, “Oğlum” mahnısı övladına toy edən anaların əsl himninə çevriləcək:

“Bu mahnını eşidəndə çox təsirləndim. Mən də oğul anası olduğumdan mövzu mənə daha yaxın idi. Bu musiqini dinləyən hər bir ana mütləq təsirlənəcək. Oğul anaları ən azı övladlarının toy mərasimində mahnını səsləndirmək istəyəcəklər. Çünki bu musiqi anaların dilindən övladlarına olan bir xitab, müraciət, nəsihətdir. Çalışmışam ki, mahnını özüməməxsus şəkildə ifa edim, kimsəni təkrarlamayım”.

axsam.az

 

 

 

http://www.youtube.com/watch?v=aEpXc30glDo

Bizə qoşulun