Mayın 1-də Milli Məclis Avropa Parlamenti ilə əməkdaşlığın tam dayandırılması haqda qərar qəbul edib.
Medianews.az bildirir ki, Avropa Parlamenti Avropa İttifaqının təmsilçi orqanıdır.
720 nəfərlik Avropa Parlamentinin üzvləri 5 ildən bir ümumxalq səsvermələrində seçilir.
Üzv ölkədən neçə nəfərin seçilməsi əhalinin sayına bağlıdır.
İndiki tərkib 2024-cü il iyunun 6-9-da keçirilmiş seçkilərdə formalaşıb.
1957-ci ildə yaradılmış Avropa İttifaqının 27 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.