Medianews.az
Kabab və araq.... -
62 baxış

Kabab və araq.... - Təhlükə nədədir?

Həkimlər kabab ilə spirtli içkilərin, xüsusilə arağın birlikdə istifadəsinin ciddi sağlamlıq riskləri yaratdığı barədə xəbərdarlıq ediblər.

Medianews.az xəbər verir ki, bu haqda narkoloq-psixiatr Rafael Xakimzənov danışıb.

O bildirib ki, yağlı ət və spirtin eyni vaxtda qəbulu mədəaltı vəzə ciddi yük salır və kəskin pankreatit riskini artırır.

Mütəxəssisin sözlərinə görə, bu kombinasiya orqanizmdə həzm prosesini pozur, zərərli maddələrin təsirini gücləndirir və ürək-damar sisteminə də əlavə yük yaradır.

Həkim əlavə edib ki, belə qidalanma yüksək təzyiq, infarkt və insult riskini də artıra bilər.

Medianews.az

Bizə qoşulun