
İraqın Seyid Dikhel şəhərinə zəhərli ilanlar hücum çəkib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, son bir neçə ayda şəhərdə 60 nəfər ilan sancması ucbatından həyatını itirib.
Əl-Ərəbiyyə telekanalının məlumatına görə, sakinlərin çoxu ilan qorxusu ucbatından şəhəri tərk edib.
Şəhər xəstəxanalarında ilan zəhəri əleyhinə dərman olmaması ucbatından ölüm sayı artır.