Medianews.az
İnsanların ən xoşbəxt olduqları yaş dövrü neçədir?
257 baxış

İnsanların ən xoşbəxt olduqları yaş dövrü neçədir?

 
 
İngilis araşdırmaçıları insanların ən çox xoşbəxt olduqları yaş dövrünü araşdırıb. İngiltərədə aparılan bir araşdırmada məlum olub ki, insanlar ən çox 55 yaşlarında xoşbəxt olur. 55 yaşından yuxarı insanlar digər yaş qrupuna görə, daha çox gülümsəyir. Bunun isə pensiyaya çıxdıqdan sonra həyatlarının rahatlaşdığı və iş stressinin azaldığı ilə əlaqələndirilib. 
 
55 yaşından aşağı insanlar daim iş və karyera dalınca qaçdığı həyatdan daha çox narazı olur. 
Anketdə iştirak edən 55 yaşından yuxarı insanların 70 faizi heç zaman süni gülümsəmədiklərini və ən xoşbəxt yaş dövründə olduqları məlum olub. 
 
35-44 yaşlarındakı insanların daha az gülümsədikləri və onların 5 faizi nadir hallarda güldüyünü açıqlayıb. Bu isə yaşlanma sendromu ilə bağlıdır. 18 və 34 yaş arasındakı insanlar isə bəzi hallarda özlərini gülməyə məcbur edirlər. Yəni, gülüşləri süni olur... 
 
2 min insan üzərində aparılan araşdırmada insanların 49 faizi gündə 10dəfə güldüyünü, 5 faizi isə heç gülmədiyini deyib. 
 

Bizə qoşulun