Medianews.az
ABŞ-ın daha bir ştatın Xocalı qətliamının tanınmasına dair sənəd qəbul etdi - FOTO
143 baxış

ABŞ-ın daha bir ştatın Xocalı qətliamının tanınmasına dair sənəd qəbul etdi - FOTO

 

ABŞ-ın Konnektikut ştatının Hartford şəhərində Türk Amerikanları Assosiasiyası Şurası (Council of Turkish American Associations) və Konnektikutda Türk Mədəniyyət Mərkəzi (Turkish Cultural Center Connecticut) tərəfindən təşkil olunmuş Ştat Kapitolisində (yerli qanunverici orqanın yerləşdiyi bina) 3-cü illik Türk Gününün (3rd Annual Turkish Day at the State Capitol) keçirilməsinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə daxil olan məlumata görə, tədbir zamanı Konnektikut ştatı Senatında çoxluq liderinin müavini senator Endryu Meynard (Andrew Maynard) və Nümayəndələr Palatası spikeri müavini Kevin Rayan (Kevin Ryan) Xocalı qətliamının anılması və tanınması haqqında onların təşəbbüsü ilə Konektikut Ştatının Baş Məclisi tərəfindən qəbul olunmuş sənədi tədbirdə iştirak edən Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbova təqdim etdilər.

Bundan sonra çıxış edən M.Talıbov Konektikut ştatı Baş Məclisinin nümayəndələrinə Azərbaycan xalqı tarixinin bu ağrı dolu səhifəsinə diqqət yetirilməsi üçün təşəkkürünü bildirərək, eyni zamanda 8 mayın qədim tarixə malik olan Azərbaycan mədəniyyətinin mərkəzlərindən olan Şuşa şəhərinin işğalı günü olduğunu və Azərbaycan Respublikasının 20% ərazisinin 21 ildir ki, Ermənistan Respublikası hərbi qüvvələrinin işğalı altında olduğunu qeyd etdi. Bu kontekstdə, M.Talıbov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normaları əsasında tezliklə həll edilməsində ABŞ-ın daha fəal olmasının zəruri olduğunu bildirdi.

Tədbirdə həmçinin Konnektikut ştatının dövlət katibi xanım Denis Meril (Denise Merrill), Konnektikut ştatı Nümayəndələr Palatasının spikeri Brendan Şarki (Brendan Sharkey), Nümayəndələr Palatasında çoxluğun lideri Co Aresimoviç (Joe Aresimowicz), Türkiyə Respublikasının Boston şəhərindəki baş konsulu Burak Karartı, bir sıra digər yerli Senat və Nümayəndələr palatası üzvləri, habelə yerli türk icmasının nümayəndələri iştirak edib.

 

 

 

 

Bizə qoşulun