
Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkil Aslan İsmayılovla bağlı intizam işinə baxıb. Kollegiya onun vəkillik fəaliyyətinə xitam verib. A. İsmayılovun Press24.az-a verdiyi məlumata görə, bundan sonra məhkəmədə yalnız mülki işlər üzrə çıxış edə biləcək.
Xatırladaq ki, bir neçə saat əvvəl A. İsmayılov öz Facebook səhifəsində məsələ ilə bağlı bunları yazıb: "İntizam komissiyasının rəyini oxuyanlar (məni və intizam komissiyasının üzvlərini tanımayanlar) mənim qədər vəkil nüfuzuna xələl gətirən ikinci şəxsin olmadığı qənaətinə gələrlər. VK Rəyasət Heyətini tanıdığımdan düşünürəm ki, mənim növbəti dəfə vəkillikdən çıxarılmam barədə qərar qəbul edəcəklər. Görəsən 1999-cu ildə 41 yaşımda məni yolumdan döndərib ələ baxan etmək istəyənlər qəbul etdikləri qərarın heç bir təsir etmədiyini görə-görə doğrudanmı 55 yaşımda məni yenidən yolumdan döndərmək istəyirlər?! Hələ bu aralarda haqqımda qəbul edilmiş intizam tənbehlərindən danışmıram. Sadəcə bu "razborkalara" itirdiyim vaxta heyfim gəlir.
Tam səmimi deyirəm bu addımı atanlara və onlara züy tutmağı özlərinə şərəf bilənlərə sadəcə yazığım gəlir. Görəsən hər dəfə haqqımda qərara səs verdikdən sonra onlar ailələrinin, yaxınlarının üzlərinə necə baxırlar?"