
Məşhur rusiyalı teleaparıcı Lera Kudryatsevanın toyu təxirə salına bilər. ANS PRESS-in məlumatına görə, toyun təxirə salınmasına səbəb isə aparıcının toy ərəfəsində keçirdiyi uğursuz platik əməliyyat olub. Bu yaxınlarda iştirak etdiyi nüfuzlu tədbirlərdən birində Leranın boynundakı iz diqqətdən yayınmayıb. Həkimlər bunun qorxunc xəstəliyin əlaməti ola biləcəyini demək istəmirlər - yalnız vena zədələnməsindən danışırlar. Axı tezliklə Lera özündən 16 yaş kiçik məşhur hokkeyçi İqor Makarova ərə getməyə hazırlaşır. Ola bilsin ki, teleaparıcı VVAQ əvəzinə xəstəxanaya gedəcək.
Plastik cərrahlar Leranın əməliyyatının uğursuz keçdiyini düşünürlər: ola bilsin o, toy qabağı üzünə bir balaca əl gəzdirmək istəyib. Teleaparıcının gələcək həyat yoldaşının ondan 16 yaş kiçik olduğu bildirilsə də, cərrahlar buna inanmırlar. Lera Kudryavtsevanın əsl yaşının 41 deyil, minimum 5 yaş çox olduğundan şübhələnirlər.
Qeyd edək ki, Lera Kudryavtseva ilə İqor Makarovun toyunu azərbaycanlı milyarder Telman İsmayılov Moskvadakı "Safisa" şadlıq evində öz maliyyə dəstəyi ilə edəcək.
29.04.2013, 09:37
236
baxış
Gurban Alakbar