Medianews.az
Arda Turandan Azərbaycan prezidentinə özəl hədiyyə (FOTO)
181 baxış

Arda Turandan Azərbaycan prezidentinə özəl hədiyyə (FOTO)



Azərbaycan prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan İspaniyanın “Atletiko Madrid” futbol klubunun heyətini qəbul edib. Musavat.com-un AzərTAc-a istinadən verdiyi məlumata görə, İlham Əliyev deyib ki, "Atletiko" dünyada çox tanınır və Azərbaycanda çoxlu azarkeşi var: "Bildiyimə görə, siz burada yerli komanda ilə görüş keçirəcəksiniz. Bu, dostluq görüşü olacaq. Amma ümid edirəm ki, bir gün siz rəsmi matçda görüşəcəksiniz. Ümidvaram ki, bizim klubların şansları və göstərdikləri oyun səviyyəsi artacaq və bir gün sizi Bakıda rəqib qismində qəbul edəcəyik. Amma yenə də düşünürəm ki, əsas olan dostluq münasibətləri və bir-birini tanımaqdır. Əminəm ki, bu səviyyədə əməkdaşlıq sizin ölkəmizi daha yaxından tanımağa, bir çox sahədə daha sıx əlaqələr qurmağa yardım edəcək".


Türkiyə mətbuatı yazıb ki, "Atletiko"nun türk oyunçusu Arda Turan Azərbaycanın dövlət başçısına arxasında “İlham Aliyev” yazılmış 10 nömrəli "Atletiko" formasını hədiyyə edib.

Bizə qoşulun