Qax Mərkəzi Rayon Xəstəxanasının baş həkimi iş başında dünyasını dəyişib. APA-nın məlumatına görə, hadisə dünən baş verib. Xəstəxananın baş həkimi Fərman Əhmədzadə iclasdan çıxarkən vəziyyəti qəfildən pisləşib və ürək tutmasından dünyasını dəyişib.
Xəstəxanadan APA-ya bildirilib ki, F. Əhmədzadənin ürəyində əvvəllər də problemlər olub. O, bir neçə il əvvəl ürəyindən əməliyyat olunubmuş.
Qeyd edək ki, F. Əhmədzadə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin qardaşıdır.
Ə. Əhmədzadənin digər qardaşı Mübariz Əhmədzadə isə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.