Bu gündən Bakıda Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı mallarının yaramarkası başlayıb. Bayram ərəfəsində keçirilən yarmarka 4 gün davam edəcək. Yarmarkalarının keçirilməsinin səbəbi Novruz bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının almaqdır. Yarmarkalar 7 rayonda keçirilir.
Bakının Yasamal rayonu ərazisində keçirilən yarmarkada kənd təsərrüfatı naziri İsmət Abasov da iştirak edib. ANS PRESS-in məlumatına görə, nazir satıcılar və alıcılar üçün yaradılmış şəraitlə tanış olub, onlların fikirlərini dinləyib. İsmət Abasov yarmarkadan bazarlıq da edib.
Alıcılar arasında yarmarkadakı qiymətlərdən razılıq etsələr də, onların arasında narazılarda olub. Belə ki, bəziləri yarmarkalarla bazardakı qiymətlər arasında fərq olmadığını bildirib.Bu barədə iradlarını nazirə çatdırıblar.