“Nizami Hacıyev bu oyunda özünü yaxşı tərəfdən göstərdi”. Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Poqon” klubunun məşqçisi və skautu Adam Qolubovski deyib.
“Poqon”da baxışda olan Nizami Hacıyev 3-cü liqa təmsilçisi “Energetik”lə görüşdə özünü yaxşı tərəfdən göstərməyi bacarıb. 5:2 hesabı ilə başa çatan qarşılaşmada Nizami 90 dəqiqə meydanda olub.
O, Şçetsin klubunun vurduğu 3-cü qolda yaxından iştirak edib. “11” nömrəli forma altında meydana çıxan futbolçumuz 89-cu dəqiqədə braziliyalı Alveş da Kruzun ötürməsini də qolla tamamlayıb.
Ümumiyyətlə, dünən keçirilən görüşdə “Poqon”da Hacıyevdən başqa, Braziliya, Litva, Nigeriya, Almaniya, Seneqal və Kot-d’İvuardan olan legionerlər baxışda olub. Bununla belə, Qolubovski Nizami və üçüncü qola imza atan nigeriyalı Terri Envohun oyununu bəyənib: “Nizami sürətli futbolçudur və topa nəzarət etməyi bacarır. Siz onun oyununa diqqətlə baxdızsa, gördüz ki, bu futbolçu oyunu üzərinə götürməkdən qorxmur, istənilən an vəziyyəti dəyişmək qabiliyyətinə malikdir. Sözsüz, Nizami bu qarşılaşmanın ən yaxşısı idi. Başqa kim yaxşı idi? Gözəl qola imza atan Terri Envoh”.
Qolubovski, həmçinin qeyd edib ki, dekabrda daha yoxlama oyunu olmayacaq. “Poqon” yoxlama oyunlarını bir də Yeni ildən sonra keçirəcək.
apasport.az