119 nömrəli müntəzəm marşrutun avtobusları dəyişdirilir.
Bu barədə Medianews.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
İyunun 1-dən Xırdalan şəhərini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 119 nömrəli müntəzəm marşrut üzrə avtobuslar dəyişdiriləcək.
Ümumilikdə 20 avtobus 5-6 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin ixtiyarında olacaq. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN təşkil edir.