Medianews.az
11-ci mərtəbədən yıxılan uşaq
113 baxış

11-ci mərtəbədən yıxılan uşaq sağ qaldı

Çində 11-ci mərtəbədən yıxılan 4 yaşlı uşaq sağ qalıb.

Medianews.az xəbər verir ki, hadisə Dalian şəhərində, valideynlərin işdə olduğu vaxt baş verib. Uşaq pəncərə torunu açıb və tarazlığını itirərək yıxılıb.

Valideynlər onu dərhal xəstəxanaya çatdırıblar. Həkimlər əvvəlcə sağ qalma ehtimalını çox aşağı qiymətləndiriblər, çünki uşağın bir neçə sınığı olub və daxili orqanları ciddi zədələnib.

18 gün reanimasiyada qalan uşaq daha sonra palataya köçürülüb və vəziyyətinin yaxşılaşdığı bildirilir. Həkimlər onun sağ qalmasını “möcüzə” kimi qiymətləndiriblər.

Medianews.az

Bizə qoşulun