Medianews.az
Zelenski Səudiyyə Ərəbistanına gedib
86 baxış

Zelenski Səudiyyə Ərəbistanına gedib

Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfər edib.

Medianews.az "Report"a istinadla xəbər verir ki, Zelenski öz "Telegram" kanalında bununla bağlı yazıb: "Mühüm görüşlər planlaşdırılıb. Biz dəstəyi qiymətləndiririk və təhlükəsizlik naminə bizimlə birlikdə işləməyə hazır olanları dəstəkləyirik".

Daha əvvəl xəbər verilmişdi ki, Ukrayna Yaxın Şərq ölkələri ilə təhlükəsizlik sahəsində, xüsusən də pilotsuz uçuş aparatlarından müdafiənin gücləndirilməsi istiqamətində əməkdaşlıq etmək niyyətindədir.

Bizə qoşulun