Medianews.az
Venesuelada zəlzələ qurbanlarının
73 baxış

Venesuelada zəlzələ qurbanlarının sayı artdı

Venesuelada baş verən iki dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 4490 nəfərə çatıb. 

Medianews.az xəbər verir ki, bu barədə Parlamentin sədri Xorxe Rodriges bildirib.

Gündəlik hesabatı açıqlayan sədr bildirib ki, zəlzələ 16 740 nəfərə təsir göstərib, 17 907 nəfər evsiz qalıb. Eyni zamanda 190 tikili tamamilə dağılıb, 856 tikili ciddi ziyan görüb. 

Axtarış-xilasetmə işləri nəticəsində 6 462 nəfər xilas edilib, 32 401 nəfər xəstəxanalarda və tibb müəssisələrində tibbi yardım alıb. O cümlədən, 120 794 ailəyə yardım göstərilib, 19 583 nəfər 108 müvəqqəti düşərgədə yerləşdirilib. 

Zərərçəkənlərə 9 995 ton ərzaq paylanıb.\Bakıvaxtı.az

Bizə qoşulun