Medianews.az
Trezeqedən Mbappeyə:
75 baxış

Trezeqedən Mbappeyə: "Gec-tez o mükafatı qazanacaq"

"Yuventus"un və Fransa millisinin sabiq hücumçusu David Trezeqe, hazırda davam edən DÇ-2026-da 8 qol vuran Madrid "Real"ının və Fransa yığmasının forvardı Kilian Mbappe barədə danışıb.

Medianews.az xəbər verir ki, futbolçu, Mbappedə "Qızıl top"u ala bilmədiyi üçün narahatlığın olub-olmaması ilə bağlı sualı cavablandırıb:

"Xeyr, elə düşünmürəm. O, öz yüksək səviyyəsini nümayiş etdirməyə və müntəzəm qollar vurmağa davam edir. "Qızıl top" mükafatı böyük dərəcədə komanda ilə qazanılan titullardan asılıdır. Lakin fərdi göstəricilərə baxsaq, Mbapenin statistikası dünyada ən yaxşılardan biridir. Gec-tez o, bu mükafatı mütləq qazanacaq, mən buna tam əminəm".

Medianews.az

Bizə qoşulun