Medianews.az
Rasim Balayevin qəbirüstü abidəsinin
81 baxış

Rasim Balayevin qəbirüstü abidəsinin eskizi hazırlanır

Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin eskizi hazırlanır.

Medianews.az Teleqraf-a istinadla xəbər verir ki, mərhum Xalq artistinin oğlu Ülvi Balayev məlumat verib.

O bildirib ki, hazırda qəbirüstü abidənin eskizi üzərində iş aparılır: “Bu istiqamətdə işlərə başlanılıb. Hələlik yekun qərar verilməyib. Yaxın vaxtlarda eskizin hazırlanacağı gözlənilir. Bundan sonra abidənin layihəsi ilə bağlı son qərar veriləcək”.

Qeyd edək ki, Xalq artisti Rasim Balayev martın 29-da İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib. O, Birinci Fəxri xiyabanda dəfn olunub.

Bizə qoşulun