Medianews.az
Zaxarovadan diqqətçəkən sual:
187 baxış

Zaxarovadan diqqətçəkən sual: Makronun taleyi necə olacaq?

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ prezidenti Donald Trampın Fransa lideri Emmanuel Makronun yaxın vaxtlarda istefa verəcəyi ilə bağlı sözlərinə münasibət bildirib.

Medianews.az-ın məlumatına görə, Zaxarova bildirib ki, Trampın bu açıqlaması Venesuela və ya İrana qarşı atılan addımların Makrona da qarşı tətbiq olunub-olunmayacağı sualı doğurur.

 “Makrona qarşı Venesuela ssenarisi, yoxsa İran ssenarisi tətbiq olunacaq? Düşünürəm ki, Makron özü də bu sualı verib”, - o deyib.

17 martda Makron bildirib ki, Fransa hazırkı şəraitdə Hörmüz boğazının açılması və ya blokadadan çıxarılması ilə bağlı əməliyyatlarda iştirak etməyəcək. Tramp isə bu açıqlamadan sonra Makronun tezliklə istefa verəcəyini deyib.

Medianews.az

Bizə qoşulun