Medianews.az
"Yuventus" yetirməsini
70 baxış

"Yuventus" yetirməsini transfer etmək istəyir

"Brentford"un müdafiəçisi Maykl Kayode ölkəsinə qayıda bilər.

Medianews.az Trend-a istinadən xəbər verir ki, "Yuventus" italiyalı futbolçunu transfer etmək istəyir.

A Seriyası nəhəngi Kayodeni yayda heyətinə qatmağa çalışacaq. İngiltərə klubu 21 yaşlı sağ cinah müdafiəçisi üçün 30 milyon avro tələb edir.

Qeyd edək ki, Maykl Kayode "Yuventus"un yetirməsidir. İtaliya U-21 millisinin üzvü 2025-cü ilin yanvarında "Fiorentina"dan "Brentford"a keçib. Gənc futbolçu bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 34 rəsmi matçda meydana çıxıb

Bizə qoşulun