Məşhur türkiyəli müğənni İbrahim Tatlısesin Yeni il gecəsi qazanacağı məbləğ gündəm olub.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Gel Konuşalım” proqramında məlumat verilib.
Belə ki, tanınmış sənətçinin Yeni il gecəsi Gürcüstanın Batumi şəhərində ilk dəfə çıxış edəcəyi və konsertdən 6 milyon lirə (təxminən 241 min manat) qazanacağı bildirilir.