Medianews.az
Trampın zarafatını
70 baxış

Trampın zarafatını “vulqar” adlandırdı

Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə naziri Benjamin Addad ABŞ-nin Fransaya münasibətini “dostluqdan uzaq” adlandırıb.

Medianews.az xəbər verir ki, o bildirib ki, ABŞ prezidenti Donald Trampın Fransa lideri Emmanuel Makronun ailə həyatı ilə bağlı istehzalı sözləri “son dərəcə vulqar”dır.

Bununla belə, nazir vurğulayıb ki, Paris Vaşinqtonu hələ də müttəfiq kimi görür. Onun sözlərinə görə, Makron ABŞ-nin hazırkı lideri ilə ilk prezidentlik dövründən bəri açıq və konstruktiv dialoqa malik olub və bu mübadilələrin davam edəcəyinə əmindir.

Fransa tərəfi ABŞ ilə münasibətlərdə gərginlik yaransa da, strateji əməkdaşlığın qorunacağını bəyan edib.

Medianews.az

Bizə qoşulun