Medianews.az
Yaşlı qadını “cadugər” adlandırıb
70 baxış

Yaşlı qadını “cadugər” adlandırıb işgəncə ilə öldürdülər

Cənubi Afrika Respublikasında cadugərlikdə ittiham edilən 75 yaşlı qadın amansızca qətlə yetirilib.

Medianews.az xəbər verir ki, hadisə Şərqi Keyp əyalətində baş verib.

İstintaqın məlumatına görə, qohumları onu evdən çıxararaq yaxınlıqdakı axara aparıb. Orada qadını “cadugər” adlandıraraq taxta ilə amansız şəkildə döyüblər, daha sonra isə suya atıblar.

Qadının meyiti axarın yaxınlığında aşkarlanıb. Ekspertiza zamanı baş və üz nahiyəsində ağır xəsarətlər, boynunda isə boğulma izləri müəyyən edilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxslər qaçıblar, onların axtarışı davam edir.

Medianews.az

Bizə qoşulun