İngiltərədə yerləşən "Redcar" Yarış Meydanında baş verən hadisə yarış dünyasında böyük səs-küyə səbəb olub. Yarışdan əvvəl parad rinqində bir atın qəfil təpikləməsi nəticəsində 25 yaşlı qadın Xloi Briodi havaya atılıb.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, hadisə yarış öncəsi “Kameko Fever” adlı atın təqdimatı zamanı baş verib.
Riçard Fahey komandasının üzvü olan Xloi Briodi atı gəzdirərkən heyvan qəfil arxa ayaqları üzərində qalxaraq güclü təpik atıb. Təhlükəsizlik kameralarına düşən görüntülərdə gənc qadının bir neçə metr kənara sovrulduğu görünür.
Hadisədən sonra yarış meydanında çaxnaşma yaşanıb. Tibbi briqadalar dərhal hadisə yerinə gələrək Briodyyə ilkin yardım göstəriblər. Daha sonra o, xəstəxanaya aparılıb.
"Redcar" yarış Mmeydanının rəhbərliyi hadisə ilə bağlı açıqlamasında tibbi qrupların sürətli müdaxiləsinə görə təşəkkür edib və gənc qadının ciddi xəsarət almamasının sevindirici olduğunu vurğulayıb.