Medianews.az
Şeyma Subaşının paylaşımı yeniden GÜNDƏM OLDU -
50 baxış

Şeyma Subaşının paylaşımı yeniden GÜNDƏM OLDU - FOTO

Şeyma Subaşı son paylaşımı ilə sosial mediada yenidən diqqət mərkəzinə düşüb.

Medianews.az xəbər verir ki, narkotik istintaqı çərçivəsində saxlanıldıqdan sonra həyatında dəyişiklik etdiyini bildirən Şeyma Subaşı bir müddət əvvəl “Bundan sonra bikini şəkillərimi və videolarımı nadir hallarda görəcəksiniz” açıqlaması ilə gündəmə gəlmişdi.

Lakin məşhur fenomen qısa müddət sonra bikinili videosunu paylaşaraq öz sözünün əksini edib.

Subaşı daha əvvəl qatıldığı proqramlardan birində “səmimi tövbə prosesindən keçdiyini” deyərək diqqət çəkmişdi. O, həmçinin uşaqlıqdan namaz qıldığını və Quran oxuduğunu bildirmişdi.

Sosial media fenomeni proqram zamanı “Ən çox hansı peyğəmbəri sevirsiniz?” sualına isə “Bütün peyğəmbərlərimizi sevirəm, amma ən çox Məhəmməd peyğəmbəri sevirəm. Onun mərhəməti və səbri mənə çox təsir edir” cavabını vermişdi.

Açıqlamalarının davamında Şeyma Subaşı “Artıq bikini fotolarımı və videolarımı çox nadir hallarda görəcəksiniz” ifadəsini işlətmişdi.

Ancaq son paylaşımında bikinili videosunu yayımlayan fenomen zarafatla “Artıq bikini videolarımı nadir hallarda görəcəyinizi deyən yenə mənəm. Deyəsən, böyük danışmamaq lazımdır” qeydini əlavə edib.

Paylaşım qısa zamanda minlərlə şərh toplayıb. Sosial media istifadəçilərinin bir qismi onu diqqət çəkməyə çalışmaqda ittiham edib, digərləri isə paylaşımı ironik və səmimi hesab edib.

Medianews.az

Bizə qoşulun