ABŞ-də keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) əməkdaşı Devid Raş hökumətə məxsus milyonlarla dollar dəyərində qızıl külçələrini mənimsəməkdə ittiham olunaraq saxlanılıb.
Medianews.az ABŞ mediasına istinadən xəbər verir ki, federal istintaq çərçivəsində Raşın evində aparılan axtarış zamanı bazar dəyəri 40 milyon dollardan artıq olan 300-dən çox qızıl külçəsi aşkarlanıb.
Federal Təhqiqat Bürosunun (FBI) məlumatına görə, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı xidməti səlahiyyətlərindən istifadə edərək dövlətə məxsus valyuta və qızılları “işlə bağlı xərclər” adı altında əldə edib.
Axtarış zamanı hüquq-mühafizə orqanları tərəfindən təxminən 2 milyon dollar nağd pul və 35 ədəd lüks saat da müsadirə olunub.
İstintaq materiallarında qeyd olunur ki, milyonlarla dollar vəsaitin bir hissəsi Rushın işlədiyi ofisin yaxınlığındakı anbarda tapılıb. Agentin məhkəməyə təqdim etdiyi ifadədə isə həmin vəsaitin hansı məqsədlə istifadə olunmasının hələ dəqiq müəyyənləşdirilmədiyi vurğulanıb.
Devid Raş barəsində “dövlət vəsaitini mənimsəmə” maddəsi ilə cinayət işi açılıb. Onun Mərkəzi Kəşfiyyat İdarəsindəki vəzifəsindən nə vaxt ayrıldığı barədə isə rəsmi məlumat verilməyib.
ABŞ mediasında geniş rezonans doğuran hadisə ilə bağlı araşdırmalar davam edir.
Medianews.az