Medianews.az
Məşhur fitbolçunun BU GÖRÜNTÜLƏRİ gündəm oldu -
53 baxış

Məşhur fitbolçunun BU GÖRÜNTÜLƏRİ gündəm oldu - VİDEO

Neymar yenidən meydandan kənardakı həyatı ilə gündəmə gəlib. Braziliya millisinin ulduz futbolçusu milli komandanın düşərgəsinə şəxsi vertolyotu ilə gəlməsi ilə diqqət çəkib.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, 2026 Dünya Kuboku öncəsi milli komandanın toplanışına qatılan Neymar lüks dizayna malik qara vertolyotu ilə düşərgə ərazisinə eniş edib.

Ulduz futbolçunun vertolyotdan düşdüyü anlar həm jurnalistlər, həm də sosial media istifadəçiləri tərəfindən anbaan lentə alınıb və qısa müddətdə geniş yayılıb.

Neymarın bu addımı dünya mediasında və futbol ictimaiyyətində müxtəlif reaksiyalar doğurub. Bəzi azarkeşlər futbolçunun bu davranışını “həddindən artıq nümayiş” kimi qiymətləndiriblər.

Xüsusilə sosial şəbəkələrdə milli komanda ruhunun daha təvazökar davranış tələb etdiyini bildirən istifadəçilər Neymarı tənqid edərək onun komanda yoldaşlarından fərqli və imtiyazlı görüntü yaratmağa çalışdığını iddia ediblər.

Medianews.az

Bizə qoşulun