Medianews.az
Sürücü idarəetməni itirdi – avtomobil iş mərkəzinə girdi
56 baxış

Sürücü idarəetməni itirdi – avtomobil iş mərkəzinə girdi (VİDEO)

Türkiyənin Kocaeli vilayətinin İzmit rayonunda baş verən yol-nəqliyyat hadisəsi təhlükəsizlik kameralarına düşüb. İdarəetmədən çıxan avtomobil əvvəlcə reklam lövhəsinə çırpılıb, daha sonra isə iş mərkəzinə daxil olub.

Medianews.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Alikahya Fatih məhəlləsində, Kemal Sunal küçəsində qeydə alınıb.

Məlumata görə, sürücüsünün kimliyi açıqlanmayan 34 MBE 654 dövlət nömrə nişanlı avtomobil naməlum səbəbdən idarəetmədən çıxaraq əvvəl reklam panosuna çırpılıb. Zərbənin təsirindən avtomobil daha sonra yol kənarındakı iş mərkəzinə girib.

Qəza nəticəsində obyektin şüşələri dağılıb. Xoşbəxtlikdən sürücü hadisədən xəsarətsiz xilas olub.

Baş verən qəza anbaan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Medianews.az

Bizə qoşulun