Əməkdar artist Yadigar Muradovla Şuşa Dövlət Musiqili Dram Teatrında keçirilməsi nəzərdə tutulan vida mərasimi ləğv olunub.
Sfera.az xəbər verir ki, onun nəşi dəfn edilməsi üçün birbaşa Badamdar qəbiristanlığına aparılıb.
Şuşa Dövlət Musiqili Dram Teatrından saytımıza verilən məlumata görə vida mərasiminin ləğv olunmasını mərhumun ailəsi istəyib.
Buna rəğmən Şuşa Dövlət Musiqili Dram Teatrına toplaşan mərhumun sənət dostları və ictimai-mədəni şəxslər əməkdar artistin xatirəsinin anıblar.
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov uzun sürən ağır xəstəlikdən sonra 67 yaşında Bakıda vəfat edib.