Medianews.az
Xüsusi hərəkət zolağı Heydər Əliyev prospektinədək
173 baxış

Xüsusi hərəkət zolağı Heydər Əliyev prospektinədək uzadıldı - VİDEO

Sabunçu rayonunun Şəhər şosesində (Zabrat yolu) xüsusi hərəkət zolağı yaradılır. 

Bu barədə Medianews.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. 

Bildirilib ki, yolun həmin hissəsində xüsusi hərəkət zolağının mövcud olmasına baxmayaraq, şosenin sonunda – yolötürücünün başlanğıcından Heydər Əliyev prospekti ilə kəsişməyədək zolaq mövcud deyildi. Bu isə uzun müddət ictimai nəqliyyat vasitələrinin sıxlıqla qarşılaşmasına, avtobuslarda intervalın pozulmasına və minlərlə sərnişinin vaxt itkisinə səbəb olurdu. Sıxlığın ən çox yaşandığı məhz bu hissədə zolağın olmaması marşrutların fasiləsiz hərəkətinə ciddi maneə törədirdi. Bu səbəbdən, yeni zolağın yaradılması zəruri idi.

Məlumatda həmçinin qeyd olunub ki, ərazidə tikinti işləri aparılaraq yolun hərəkət hissəsi genişləndirilib. Bunun nəticəsində hərəkət zolaqlarının sayı 2-dən 3-ə çatdırılıb və xüsusi hərəkət zolağı təşkil edilib. Beləliklə 1-ci mərhələ üzrə işlər tamamlanıb. Xüsusi hərəkət zolağı Heydər Əliyev prospektinə qədər uzadılır. 

Şəhər şosesində zolağın təşkil edilməsi ilə gün ərzində 17 müntəzəm marşrut xətti üzrə 160-dan çox avtobusun daha rahat və maneəsiz hərəkəti təmin olunacaq. 

Bizə qoşulun