Medianews.az
Xroniki bel ağrısının
92 baxış

Xroniki bel ağrısının gizli SƏBƏBİ

Professor Andrey Danilov bildirib ki, yuxu pozuntuları xroniki bel ağrılarının yaranmasına və güclənməsinə səbəb ola bilər.

Medianews.az xəbər verir ki, onun sözlərinə görə, bir çox insan uzun müddət dərman və müxtəlif prosedurlarla müalicə alsa da, keyfiyyətsiz yuxunun ağrılara təsirini nəzərə almır.

Həkim qeyd edib ki, normal yuxu zamanı orqanizmdə ağrını azaldan və bədəni bərpa edən mexanizmlər aktivləşir.

Mütəxəssis vurğulayıb ki, davamlı yuxusuzluq bu prosesləri zəiflədir, nəticədə ağrılar uzunmüddətli və xroniki hala keçir.

Medianews.az

Bizə qoşulun