Medianews.az
Xırdalanı təmizləyənlərin "konserti" maraq yaratdı -
99 baxış

Xırdalanı təmizləyənlərin "konserti" maraq yaratdı - VİDEO

Xırdalanda lentə alınan maraqlı görüntülər sosial şəbəkələrdə diqqət çəkib.

Medianews.az xəbər verir ki, yayılan videoda təmizlik işçilərinin iş zamanı pozitiv əhval-ruhiyyə yaratdıqları görünür. Kadrlarda onların əllərindəki təmizlik vasitələrini musiqi aləti kimi istifadə edərək əyləndikləri əks olunub.

Səmimi və enerjili anlar izləyicilər tərəfindən maraqla qarşılanıb. Sosial media istifadəçiləri işçilərin pozitiv davranışının ətrafdakılara da xoş ovqat bəxş etdiyini qeyd ediblər.

Qısa zamanda yayılan görüntülər çoxsaylı baxış toplayaraq internetdə müzakirə olunan paylaşımlardan birinə çevrilib.//Milli.Az

Bizə qoşulun