Medianews.az
Xəzər dənizi ilə bağlı interaktiv xəritə-sxemi
59 baxış

Xəzər dənizi ilə bağlı interaktiv xəritə-sxemi hazırlanacaq

Aidiyyəti dövlət qurumlarına Xəzər dənizində monitorinqlər aparmaqla interaktiv xəritə-sxemin hazırlanması tapşırılıb.

Medianews.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetində keçirilən iclasda bildirilib.

Eyni zamanda, iş həcmlərinin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və tədbirlərin dövlət-özəl tərəfdaşlığı prinsipi əsasında həyata keçirilməsi, habelə qəzalı və yararsız vəziyyətdə olan hidrotexniki qurğuların və quyuların demontajı, batmış və yarımbatmış gəmilərin çıxarılması, görülən tədbirlərin dəniz ətraf mühitinin yaxşılaşmasına təsirinin qiymətləndirilməsinin həyata keçirilməsi üzrə müvafiq tapşırıqlar verilib.

Həmçinin Bakı buxtasının (Dənizkənarı bulvarın) təmizlənməsi və ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə dəniz suyunun çəkilməsi ilə sahilə yaxın hissələrdə üzə çıxmış metal konstruksiyaların ərazidən kənarlaşdırılması, hövzəyə çirkab suların axıdılmasının qarşısının alınması, suyun səthində üzən neft ləkələrinin və müxtəlif tullantıların, habelə ətrafda neftlə çirklənmiş torpaqların təmizlənməsi istiqamətində təxirəsalınmaz işləri özündə ehtiva edən Tədbirlər Planının hazırlanması tapşırığı verilib.

Bizə qoşulun