Medianews.az
Xersonda blokposta hücum planı
48 baxış

Xersonda blokposta hücum planı ifşa olundu

Rusiyanın hərbi məhkəməsi 55 yaşlı Ukrayna vətəndaşı Qennadiy Nevdaxı 9 il müddətinə koloniyaya məhkum edib.

Medianews.az xəbər verir ki, istintaqın məlumatına görə, o, Rusiya tərəfindən işğal olunan Xerson vilayətindəki Rusiya hərbi blokpostunda terror aktı hazırlamaqda ittiham olunub.

Nevdaxın bu tapşırığı Ukrayna Təhlükəsizlik Xidmətində (SBU) çalışan qardaşından aldığı bildirilir. Plan silah və sursatı gizlətmək, sonra isə blokpostda vəziyyəti öyrənərək diversiya qrupuna ötürməkdən ibarət olub.

Məhkum özünü günahsız sayıb və apellyasiya şikayəti verib, lakin hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Medianews.az

Bizə qoşulun