Medianews.az
Xərçənglə mübarizə aparan aparıcı
85 baxış

Xərçənglə mübarizə aparan aparıcı ÖLDÜ

Böyük Britaniyanın xərçəng xəstəliyindən əziyyət çənən radio aparıcısı Endi Kerşou dünyasını dəyişib.

Medianews.az xəbər verir ki, onun ölümünü ailəsi təsdiqləyib. Kerşou 66 yaşında idi.

Son aylarda xəstəlik səbəbindən yeriyə bilməyən aparıcının hansı növ xərçəngdən əziyyət çəkdiyi açıqlanmayıb. O, 1959-cu ildə Böyük Mançester qraflığının Roçdeyl şəhərində doğulub, Lids Universitetinin məzunudur.

1985–2000-ci illərdə "BBC Radio 1"də, daha sonra "BBC Radio 3" və "BBC Radio 4"də  çalışıb.

Medianews.az

Bizə qoşulun