Medianews.az
Deputatdan qalmaqallı sözlər:
65 baxış

Deputatdan qalmaqallı sözlər: “Qadınlar doğa bilmir”

Türkiyə Böyük Millət Məclisinin üzvü Faruk Dinç növbəti dəfə qalmaqallı açıqlama verib. Türkiyəli deputat xəstəxanalardakı doğum şöbələrində kişi həkimlərin fəaliyyət göstərməsinə etiraz edib.

Medianews.az yerli mediaya istinadan xəbər verir ki, mühafizəkar mövqeyi ilə tanınan millət vəkili, hamilə olan qadınların kişi həkimlərə görə xəstəxanaya getmədiyini iddia edib: “Türkiyə müsəlman ölkəsidir. Bizim ölkəmizdə milyonlarla inanclı qadın yaşayır. Onların çoxu kişi həkimlərin iştirakı ilə dünyaya uşaq gətirmək istəmir. Türkiyədə inanclı qadınların doğumla bağlı ciddi problemi var. Hətta bu üzdən bəzi qadınlar evdə ara həkimlərin dəstəyi ilə doğmağa üstünlük verirlər. Bu isə onların səhhəti üçün ciddi problem yaradır”.

Deputat Faruk Dinç höküməti bu məsələyə həssas yanaşmaya səsləyib: “Deyirlər ki, həkimdən utanmazlar. Əlbəttə, insanın sağlamlığı hər şeydən öndə gəlir. Amma doğum şöbələri ilə bağlı vəziyyət bir qədər fərqlidir. Əgər qadın həkimlər varsa, doğum şöbələrində niyə kişi həkimlər işləməlidir?"

Qeyd edək ki, türkiyəli deputatın bu sözləri müzakirəsiz ötüşməyib. Sosial şəbəkələrin Türkiyə seqmentində Faruk Dinçin ünvanına tənqidi fikirlər yazılıb. Minlərlə sosial şəbəkə istifadəçisi mühafizəkar mövqeyinə görə deputatı qınayıb.

Bizə qoşulun