Medianews.az
Bakıda bu evlər
63 baxış

Bakıda bu evlər söküləcək

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində, dəmir yoluna yaxın tikilmiş evlərin söküləcəyi bildirilir.

Medianews.az Xezerxeber.az-a istinadən xəbər verir ki, sakinlər ərazinin plana düşəcəyini deyirlər.

Amma onlar evlərin nə vaxt və hansı şərtlərlə söküləcəyi barədə məlumata malik olmadıqlarını bildiriblər.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən isə bildirilib ki, hazırda ərazi üzrə layihələndirmə işləri aparılır.

Bizə qoşulun