Medianews.az
19 yaşlı tələbə futbol oynadığı yerdə
69 baxış

19 yaşlı tələbə futbol oynadığı yerdə qəfildən öldü

Gəncədə universitet tələbəsinin qəfil ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Medianews.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.

İlkin məlumatlara görə, 2007-ci il təvəllüdlü Ozan Talıbov futbol oynayarkən qəfildən halı pisləşib və yerə yıxılıb. Ətrafdakıların müdaxiləsinə baxmayaraq, gəncin həyatını xilas etmək mümkün olmayıb.

Onun Gəncədə fəaliyyət göstərən universitetlərdən birinin tələbəsi olduğu bildirilir.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun