Medianews.az
Vətəndaşlara at və eşşək əti veriblər -
164 baxış

Vətəndaşlara at və eşşək əti veriblər - Nazirlikdən ŞOK SİYAHI yaydı

Türkiyədə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin apardığı son yoxlamalar qida sektorunda ciddi pozuntuları üzə çıxarıb.

Medianews.az xəbər verir ki, nazirliyin yenilənmiş siyahısına əsasən, bal, zeytun yağı, pendir, ədviyyat, şirniyyat və ət məhsulları da daxil olmaqla bir çox qidada saxtakarlıq halları aşkarlanıb. Uyğunsuz məhsullar “sağlamlığa təhlükəli” və “saxta qidalar” kateqoriyaları üzrə ictimaiyyətə açıqlanıb.

Siyahıda ən diqqətçəkən fakt isə İzmirdə qeydə alınıb. Belə ki, bir müəssisədə pide içliyində at və eşşək əti istifadə edildiyi müəyyən olunub. Bu fakt sosial şəbəkələrdə ciddi rezonans doğurub.

Nazirlik yoxlamaların davam etdirildiyini və nəticələrin mütəmadi olaraq ictimaiyyətə təqdim olunacağını bildirib.

Medianews.az

İzmir'de bulunan "Dönerci Ali'nin Yeri" adlı işletmenin pide harcında "tek tırnaklı" eti tespit edildi. 

Bizə qoşulun