İsrail və Livan arasında Vaşinqtonda keçirilən üçüncü danışıqlar "müsbət və məhsuldar" keçib.
Medianews.az Musavat.com-a istinadən xəbər verir ki, məlumatı “Əl-Cəzirə” ABŞ Dövlət Departamentinin yüksək vəzifəli məmuruna istinadən yayıb. Bildirilir ki, ABŞ-ın ev sahibliyi etdiyi müzakirələr bu gün də davam edəcək: "Biz danışıqları sabah davam etdirməyi səbirsizliklə gözləyirik və ümid edirik ki, o zaman daha çox şey paylaşacağıq".