Uşaqlarda qorxu bəzən inkişaf dövrünün təbii bir hissəsi olur, bəzən isə yaşanmış təcrübələr, müşahidə edilən davranışlar və ya yaşa uyğun olmayan ekran məzmunları ilə daha da güclənə bilir.
Medianews.az bildirir ki bunu Oxu24.com-a açıqlamasında uşaq inkişafı üzrə mütəxəssis, təlimçi Tənzilə Abbaslı bildirib.
Həkimin sözlərinə görə,əsas məqsəd qorxunu “yox saymaq” deyil, uşağın hissini anlamaq və ona bu hisslə baş etməyi öyrətməkdir.
"Qorxularla işləyərkən oyun, yumor, mərhələli alışdırma, rol model olmaq və ekran məzmununu tənzimləmək önəmlidir. Uşaq qorxusunu ifadə etdikdə onu dinləmək, mühakimə etməmək və yanında olduğunuzu hiss etdirmək ən güclü dəstəkdir.Əgər uşağınızın qorxuları gündəlik həyatına, yuxusuna, məktəbə/bağçaya adaptasiyasına və sosial münasibətlərinə təsir edirsə, mütəxəssis dəstəyi almaq faydalı ola bilər.
Fərdi uşaq psixoloji seansı üçün müraciət edə bilərsiniz.Seans zamanı uşağın qorxularının səbəbləri dəyərləndirilir və yaşına uyğun dəstək planı hazırlanır",-deyə Tənzilə Abbaslı bildirib.