ABŞ-də 11 yaşlı Koul Ditmor yaşıdları ilə qeyri-adi oyun oynayarkən isult keçirib.
Medianews.az xəbər verir ki, gənc amerikalının hekayəsini Metropoles nəşri paylaşıb.
Oyun zamanı Ditmor ağzına marker qoyub və sinif yoldaşları onun üzünə dəymədən markeri futbol topu ilə düşürtməyə çalışıblar. Lakin uğursuz atışdan sonra uşaq təsadüfən markeri udub. Ditmor boğulmağa başlayıb və sonda huşunu itirib. O, özünə gələndə nitqi zəifləmişdi və bədəninin sol tərəfinə nəzarəti itirmişdi.
Xəstəxanada müayinə və bir sıra testlərdən sonra həkimlər müəyyən ediblər ki, marker Ditmorun boğazının arxasını deşib və topun zərbəsi insult yaradıb. Uşaq bir həftə reanimasiyada qalıb. Onun hərəkət etməklə bağlı problemləri kifayət qədər tez düzəldi, lakin hadisədən iki ay keçsə də o, hələ də fiziki müalicə almağa davam edir.
Medianews.az